İqtisadiyyat

“Mərkəzi Bank reallığı demir, problemli kreditlər azalmayıb” – Əkrəm Həsənov

ərkəzi Bankln yaydığı çəlumata görə, problemli kreditlər ilin əvvəlinə nisbətən 16% az, son 1 ildə isə 25,9% azalıb…

Bank üzrə mütəxəssis: “Mərkəzi Bank reallığı demir və konkret rəqəmləri göstərmir. Çünki əslində xeyli problemli kredit ümidsiz olduğundan sadəcə artıq silinib”.

“Köhnə problemi kreditlərin bir hissəsi artıq hesabaltara daxil edilmir, yeni problemli kreditlərin isə hamısı hələlik hesabatlara daxil edilmir”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov Mərkəzi Bankın məlumatına görə azalan problemli kreditlərin səbəbini pia.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 mlrd 069,5 mln manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,4% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 16% az, son 1 ildə isə 25,9% azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,2% təşkil edib. Bu nisbət sentyabrın sonuna 7,3%, ötən ilin sonuna 8,3%, ötən il sentyabrın sonuna isə 10,1% olub.

Problemli kreditlərdə bu azalmanın səbələri ilə bağlı nə demək mümkündür və bank sektorunda sağlamlaşma prossesi gedirmi?

Mövzunu pia.az-ın əməkdaşı bank üzrə mütəxəssis Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Problemli kreditlərin səsi gələn il gələcək”.

Mərkəzi Bank tərəfindən kreditlərin ödənişində gecikmə hallarının problemli kredit kimi tanımamasının sentyabrın 30-a uzadıldığını xatırladan ekspert pia.az-a açıqlamasında bildirib ki, yeni problemli kreditlər sadəcə hesabatlarda hələlik problemli kimi tanınmır:

“Xeyr, əslində bu rəqəmlər həqiqəti əks etdirmir. Əvvəla, Mərkəzi Bank sadəcə faizləri göstərir. Mərkəzi Bank reallığı demir və konkret rəqəmləri göstərmir. Çünki əslində xeyli problemli kredit ümidsiz olduğundan sadəcə artıq silinib. Yəni nəticədə problemli kreditlər azalmayıb. Sadəcə onların əhəmiyyətli hissəsi artıq hesabatlara daxil edilmir.

Digər tərəfdən isə məlum olduğu kimi Mərkəzi Bank bu ilin aprelin 25-də banklara tövsiyə etdi ki, pandemiya ilə əlaqədar 30 sentyabradək kreditlərin ödənişində gecikmə hallarını problemli kredit kimi tanımasınlar. Sentyabrın 30-da həmin müddət Mərkəzi Bank tərəfindən yeni ilədək uzadıldı. Yəni yeni problemli kreditlər sadəcə hesabatlarda hələlik problemli kimi tanınmır.

Beləliklə, köhnə problemi kreditlərin bir hissəsi artıq hesabaltara daxil edilmir, yeni problemli kreditlərin isə hamısı hələlik hesabatlara daxil edilmir. Reallıqda isə təbii bu azalma deyil, artmadır. Sadəcə səsi gələn il gələcək”.

Bənzər yazılar

Back to top button