Rusiyada bu şəxslərin xaricdə hesab açması qadağan edildi

by Aztoday Xəbər Portalı

Rusiya Dövlət Duması 28 oktyabr tarixli plenar iclasında Rusiya Təhlükəsizlik Şurası sədr müavininin, katibinin və üzvlərinin xaricdə hesab və əmanət sahibi olmasını qadağan edən qanun qəbul edib.

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, dəyişikliklər “Təhlükəsizlik haqqında” federal qanuna təsir edəcək. Təşəbbüsün müəllifi dövlət başçısı Vladimir Putindir. Layihə Konstitusiyaya qəbul edilmiş düzəlişlərin tətbiqi çərçivəsində təqdim edilib.

Layihədə bildirilir ki, Rusiyanın Təhlükəsizlik Şurası ölkədə vətəndaş barışı və həmrəyliyini, Rusiya Federasiyasının suverenliyini, müstəqilliyini və dövlət bütövlüyünü qorumalı, daxili və xarici təhdidlərin qarşısını almalı olan bir konstitusiya məsləhət orqanıdır.

Təhlükəsizlik Şurasının sədr müavini, katibi, daimi üzvləri və sadə üzvlərinə federal qanunla müəyyən edilmiş qaydada hesabların (depozitlərin) açılması və olması, Rusiya Federasiyasının ərazisi xaricində yerləşən xarici banklarda nağd pul və qiymətli əşyaların saxlanılması qadağandır.

Bənzər Yazılar