Bizim seçimHadisə

Sabiq rəis müavininə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzToday.az lent.az-a istinadən xəbər verir ki, prosesdə elan olunan hökmə görə, X.Məmmədov 8 il 6 ay müddətinə həbs edilib.

Qeyd edək ki, X.Məmmədov dələduzluqda və rüşvət almaqda ittiham edilib. O, işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə təqsirli bilinib.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində müvafiq dövlət orqanına daxil olan şikayət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, sabiq rəis müavini Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Məlumat üçün bildirək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.

Bənzər yazılar

Back to top button