Dünya

Dünyanın ən bahalı təyyarə biletləri

Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Etihad Airways” aviaşirkəti satışa dünyada ən bahalı təyyarə biletlərini çıxarıb.

AzToday.az bizplus.az-a istinadən xəbər verir ki, aviabiletin qiyməti 80,5 min dollardır.

Bu biletlə “Etihad Airways”lə Londondan Melburna uçmaq olacaq. Bileti alan təyyarədə 3 otaqlı VİP nömrə ilə təciz olunacaq. Nömrə yataq, qonaq və hamam (vanna) otaqlarından ibarətdir. Yataq otağında ikinəfərlik çarpayı var və bu hava nəqliyyatı uçuşlarında yenilik hesab edilir. Həmçinin apartamentlərdə 2 televizor, şəxsi qulluqçu və aşpaz var.

Daha əvvəl dünyada ən bahalı aviabilet 75,9 min dollar olub. Bu biletlə Nyu-Yorkdan Mumbai şəhərinə uçmaq olar.

Bənzər yazılar

Back to top button