Cəmiyyət

Naxçıvanla İran arasında quru sərhəd açılıb?

“Naxçıvanla İran arasında quru sərhəd bir neçə gündür ki, açılıb. Artıq istənilən Naxçıvan sakini heç bir məhdudiyyət olmadan Culfa gömrüyündən İrana gedib-gələ bilir”.

Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib.

Culfa rayon sakini Qasım Nağıyev deyir ki, sərhədlərin açıldığını eşidəndə, öncə inanmayıb və yoxlamaq qərarına gəlib:

“Dəqiqləşdirmək üçün dünən İran Culfasına gedib, qayıtdım. Özümlə bəzi zəruri ərzaq məhsulları da alıb gətirdim. Sərhədin açılması çox yaxşı oldu. Xüsusilə xəstələr gedib normal müalicə ala biləcəklər”.

Naxçıvan şəhər sakini Kazım Cəfərov deyir ki, o da rahat şəkildə Culfa Gömrük Məntəqəsindən keçərək, İrana gedib və geri qayıdıb:

“İrana gedənlərin sayı çox idi. Onlar oraya alış-veriş və müalicə üçün gedirlər. Mən də öz işimi görüb, qayıtdım. Manatın kursu ilə orada ərzaq və sənaye mallarının bizə nisbətən qiyməti ucuzdur”.

Bənzər yazılar

Back to top button