İdman

İtaliya çempionu sabiq baş məşqçisi ilə danışıqlara başladı

İtaliya çempionu “Napoli” baş məşqçi postuna daha bir namizədlə danışıqlar aparır.

Fanat.az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, “adzurrilər” Valter Mazzarrini geri qaytarmağı düşünürlər. 62 yaşlı çalışdırıcı klub prezidenti Aurelio De Laurentisin cari mövsümün sonuna qədər müqavilə təklifini qəbul etməyə hazırdır. Yeri gəlmişkən, oxşar təklifi iki illik müqavilə istəyən İqor Tudor rədd edib.

Valter Mazzarri 2009-cu ilin oktyabrından 2013-cü ilin mayına kimi “Napoli”də çalışıb, İtaliya kubokunu qazanıb və “adzurrilər”i ölkənin ikincisi edib. Mazzarri “Kalyari”dən qovulduqdan sonra, keçən ilin may ayından bəri işsizdir.

Hazırda “Napoli”nin baş məşqçisi 59 yaşlı fransalı Rudi Qarsiyadır. Lakin klub yeni baş məşqçi ilə razılığa gəldikdən sonra onu istefaya göndərəcək.

Bənzər yazılar

Back to top button