Mədəniyyət

Güney Azərbaycanda çəkilən “Üzünü işığa tut” filminin tizeri təqdim olunub – (VİDEO)

Güney azərbaycanlı rejissor tərəfindən türk dilində çəkilən “Üzünü işığa tut” sənədli filminin tizeri ictimaiyyətə təqdim olunub.

“Üzünü işığa tut” Təbrizdə koronavrius pandemiyasının yayılması ilə bağlı böhranla üzləşən insanların gerçək hekayəsidir.

Sənədli əsər böhranın təsirlərini azaltmaq üçün həyatlarını həsr edən fədakar insanlardan danışır.

Filmin rejissoru və prodüseri tanınmış güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradidir. Filmin operatoru Mehdi Meyməndi, səs rejissoru isə Həsən Səlmani və montajçısı Səid Hatəmxanıdır.

Qeyd edək ki, son illərdə bütün təzyiqlərə baxmayaraq Güney Azərbaycanda türkcə filmlərin çəkilişinə rəğbət artıb və Güney Azərbaycan kino sənəti son illərdə xeyli inkişaf edib.

GünAz TV

Bənzər yazılar

Back to top button