Siyasət

Georgi Vanyandan Paşinyana: “Bizim bir müttəfiqimiz var – Azərbaycan!”

“Ermənistan Respublikası çoxdan öz vətəndaşlarına qarşı törətdiyi cinayətlərdə həddini aşıb. Bu yalan üzərində qurulmuş cinayətlərlə dolu “qələbə”ləri dayandırın: qonşuya qalib gəlinməz, qonşu tapdalanmaz, qonşu məhv edilməz. Qonşu ilə danışarlar, danışarlar, ta ki, eyni dildə danışmağı bacarana, ortaq fikrə gələnə kimi danışarlar”.

AzToday.az xəbər verir ki, bu sözlər Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin direktoru, Tavuş bölgəsi, Nerkin Tsaxkavan kəndindən olan Georgi Vanyanın Ermənistanın baş naziri Nikol Paşinyana müraciətində yer alıb.

Georgi Vanyan daha sonra müraciətinə belə davam edib:

“Qonşuların bir-birini məhv etmək inersiyası tərəflərin özlərini məhv etməsinə aparan yoldur. “Strateji müttəfiqin” xilasedici gücü haqda cinayətkar yalanları unudun və ondan çəkinin. Bu mövcud davamlı qırğınlar şəraitində axmaqcasına müttəfiq axtarışından, beynəlxalq ictimaiyyətdən soyqırıma məruz qalmağınızı tanımaları kimi rüsvayçı ümid dilənməkdən əl çəkin. Fəaliyyətsizliyi, millətçi tabuların cinayət ətalətini dəf edin. Son 30 ildə, xüsusən də bu gün bir müttəfiqimiz ola bilərdi və o, elə qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın”.

Bənzər yazılar

Back to top button