Cəmiyyət

Niyə onlar kiminsə üzündən evdən SMS-lə çıxmalıdır? – Profssordan sərt açıqlama

“Əslində qapalı mühitdə maska taxmayan, karantin şərtlərinə əməl etməyən şəxsləri cəzalandırmaq lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor “evdə qal”, SMS-lə icazə sisteminin tərafdarı olmadığını deyib:

“Niyə onların məsuliyyətsizliyini başqaları ödəməlidir? Niyə onlar kiməsə görə SMS-lə evdən çıxmalıdır? Hər kəs öz cəzasını almalıdır. Qapalı mühitdə tam ciddi nəzarət olmalıdır. Maskadan düzgün istifadə etmək, ara məsafəni qorumaq – hər şeyə nəzarət olunmalıdır”.

Adil Qeybulla ictimai nəqliyyatda qayda-qanun yaratmağın vacib olduğunu deyib: “”Evdə qal” ilə məsələ bitmir. Biz bu şərtlərə əməl etməliyik”.

Qeyd edək ki, dünən Azərbaycanda COVID-19 infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bundan əlavə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Bənzər yazılar

Back to top button