İtaliyada muxtariyyət referendumun nəticələri açıqlandı

Print Friendly, PDF & Email

İtaliyanın ən varlı bölgələri olan Lombardiya və Venetoda keçirilən muxtariyyət referendumunun nəticələri açıqlanıb.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Lombardiyada əhalinin 40, Venetoda isə 59,7%-i seçkilərdə iştirak edib. İştirakçıların 95%-i muxtariyyət tələbinə “Hə” cavabını verib. Bölgə idarəsinin referendumu keçirməkdə məqsədi mərkəzi hökümətdən daha çox hüquqların tələb edilməsidir. Belə ki, ölkə üzrə daxili istehsalın 30%-ni ödəyən bölgə vergi məsələsinin idarə edilməsində daha geniş hüquqlar istəyir.
Məsələ ilə bağlı açıqlama verən İtaliya bölgə məsələləri üzrə nazirliyin nümayəndəsi Can Klaudio Bressa bildirib ki, muxtariyyət məsələsinin müzakirəsi üçün danışıqlara hazırdırlar.
Qeyd edək ki, muxtariyyət hüququnun verilməsi üçün qanun layihəsi hazırlanmalı və parlament bunu təsdiq etməlidir.
Ölkədə hazırda mövcud olan 20 bölgədən 5-nin muxtariyyət statusu var.