Siyasət

“Azərbaycan Ordusu Zəngilanı 3 pikapla azad etdi” – Erməni komandir

“Arabo” erməni könüllü dəstəsinin komandiri Manvel Yegiazaryan Ermənistanın Baş naziri Nikol Paşinyanı müharibədə günahkar adlandıraraq istefaya çağırıb.

“aysor.am”ın verdiyi məlumata görə, Manvel Yegiazaryan Ermənistan hakimiyyətini vaxtında səfərbərlik aparmamaqda günahlandırıb.

“İnsanlar sərhədə çağırılmadımı, amma getmədilər? Səfərbərlik nə vaxt baş verdi ki, insanlar getməsin? Son bir neçə gündə qəribə şeylər gördük, səfərbər olmadılar, bir növ meyl var idi. Zəngilan və Qubadlı geri qaytarıla bilərdi. Niyə etmədin? Bilirsinizmi, Azərbaycan Ordusu Zəngilanı üç pikapla azad edib?”, – deyə Yegiazaryan iddia edib.

Virtualaz.org

Bənzər yazılar

Back to top button