CəmiyyətManşet

İcra başçısının “Səddam Hüseyn taktikası” – Cəlilabadda nə baş verir?

Bu vaxta qədər azərbaycanlı oliqarx-məmurlara məxsus dünyanın müxtəlif ölkələrindəki biznesləri və milyonluq əmlakları barədə xarici KİV-lərdən tutmuş yerli mətbuatımızda kifayət qədər yazılıb. Əslində bu cür məsələlərə Azərbaycan reallıqları prizmasından yanaşsaq, artıq xalqa göz dağı göstərən məmurların komfort həyat tərzləri, ölkədə əzab-əziyyətlə yaşayan əhaliyə möcüzə kimi görsənmir. Belə bir möcüzə yaradanlardan biri isə Cəlilabaddın icra başçısı Əziz Əzizovdur.

AzToday.az-a xəbər verir ki, indiyə qədər kölgəyə çəkilmiş Əziz Əzizovun yaratdığı möcüzələr, təbii ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dəstəyi nəticəsində edilib. Prezident İlham Əliyevin sadə şəkildə ifadə etdiyi “xalqın xidmətçisi” obrazında Əziz Əzizov Cəliladab rayonunu viran qoyub və özünün səltənət və əzəmətini sadə əhali üzərində hakim edib. İcra başçısının Cəlilabadda yaratdığı ab-hava isə rayona təsadüfən səfər edənlərə XV-XVI-cı əsrləri xatırladır. Əziz Xanın, əyyan-əşrəfləri ona xoş gəlmək üçün rayon sakinləri arasında olan narazılıqların hesabatını gündəlik təqdim etməkdir. Bu vaxta qədər rayonda sosial-şəbəkə fəallarının başının qırxılması, həbs edilməsi, döyülməsi, təhqir edilmələri halları ilə ölkədə ad çıxarmış Əziz Xan, hazırda daha bir neçə ağlasığımaz hərəkətləri ilə yenidən gündəmə gəlib.

Bir qrup rayon sakinlərinin AzToday.az-a ünvanladıqları şikayətlərində bildirirlər ki, Əziz Əzizov rayonun ziyalı təbəqəsinə “mükafat” təsis edib. İcra başçısının 50-100 manat civarında olan aylıq mükafatına layıq görülmək üçün, dolana bilməyən rayon ziyalıları məcburiyyət qarşısında qalıb Əziz Xana rayonda onun haqqında dolaşan söz-söhbətləri, daha kim birinci çatdırmaqdan ötrü yarışa başlayıblar. Bəzi rayon sakinləri Əziz Əzizovun bu hərəkətini İraqın keçmiş prezidneti, ölüm hökmünə məhkum edilərək asılmış Səddam Hüseynin ölkəsində narazıları ifşa etməklə pullu agentura şəbəkəsinin yaradılması “taktikası”nın olduğuna oxşar bir prosesə bənzədirlər. Lakin sadə Cəlilabadd sakinləri uzun illəridi Əziz Əzizovun əlindən cana doymalarına baxmayaraq, onun da Səddam Hüseyn kimi asılaraq öldürülməsini arzulamırlar. Bircə istəkləri varsada tezliklə Cənab Ptezident İlham Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırılması gününü çox böyük ümidlə gözlyirlər.

Qeyd edək ki, Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əziz Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişməyib. İcra Hakimiyyətinin binasına gedən küçə istisna olmaqla qalan yerlər, rayondaxili küçələr bərbad haldadır.
Babək Əliyev
AzToday.az

Bənzər yazılar

Back to top button