Dünya

Kürd bölgəsi parlament seçkilərini təxirə saldı

İraq Kürd bölgə İdarəsinin prezidenti Məsud Bərzani 1 noyabrda planlaşdırılan prezident və parlament seçkilərini təxirə salıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, qərara səbəb kimi siyasi partiyaların kifayət qədər namizəd irəli sürməməsi göstərilir. Məsud Bərzani bundan əvvəl də iştirak etməyəcəyi seçkiləri təxirə salıb.

Digər tərəfdən isə müxalif Goran Partiyası Bərzaninin istefasını tələb edərək seçkilərin keçirilməsini istəyib. Partiya 111 yerlik parlamentdə 24 nəfərlə təmsil edilir.

Qeyd edək ki, İraq Kürd bölgə İdarəsinin sentyabrda keçirdiyi müstəqillik referendumundan sonra bölgədə vəziyyət gərginləşib. Kürd bölgəsinin nəzarətində olan mübahisəli ərazilərdə İraq höküməti idarəçiliyini bərpa edib. Nəhəng dövlətlər də bu məsələdə İraq hökümətinə dəstəklərini nümayiş etdiriblər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button