Ukrayna prezidentinə qarşı sui-qəsd cəhdi olundu

Print Friendly, PDF & Email

Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb.

AzToday.az APA-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Məlumata əsasən, sui-qəsdin qarşısı oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb.

Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, ötən gün P.Poroşenko Ukraynanın müdafiə naziri Stepan Poltorak ilə birgə Avdeevkada əməliyyat müşavirəsi keçirib.