İdman

Madrid nəhəngi dünya çempionunu dünya çempionuyla əvəzləyir

“Atletiko Madrid” yarımmüdafiəçi Anxel Korreanın əvəzləyicisini tapıb.

Fanat.az xəbər verir ki, İspaniya nəhəngi argentinalını başqa bir dünya çempionu ilə əvəz etməyə yaxındır.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Xəbərə görə, “Atletiko” Amerika “Atlanta”sının hücumameyilli yarımmüdafiəçisi Tyaqo Almada üçün təklif irəli sürüb. Korreanın tezliklə “Əl-İttihad”a keçəcəyini nəzərə alan La Liqa klubu Almada ilə müqavilə bağlamağa hazırdır. Baş məşqçi Dieqo Simeone hesab edir ki, 22 yaşlı futbolçu həmyerlisini mükəmməl şəkildə əvəz etməyə qadirdir.

Tyaqo Almada Anxel Korrea kimi, Argentina millisində 2022-ci ildə dünya çempionatının qalibi olub. “Transfermarkt” MLS ulduzunun dəyərini 27 milyon avro qiymətləndirir.

Bənzər yazılar

Back to top button