İdman

Ronaldo Messi barədə elə sözlər dedi ki

2017-ci ilin ən yaxşı futbolçusu seçilən Kriştiano Ronaldo fərdi uğuru haqda danışıb. Fanat.Az xəbər verir ki, Madrid “Real”ının və Portuqaliya millisinin hücumçusu Londonda – “Palladium” teatrında baş tutan tədbirdə düşüncələrini bölüşüb:

“Mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Ardıcıl ikinci dəfə bu mükafatı qazanmaq çox xoşdu. Messi və Neymarı da fərqləndirmək istərdim. Yeri gəlmişkən, Messiylə fərdi mübarizə aparmıram. Sadəcə, uğurların davamını gətirmək üçün oynayıram. Onu da deyim ki, Messi – Ronaldo erası sona çatmayıb. Bu hələ başlanğıcdı”.

Bənzər yazılar

Back to top button