İdman

Maradona Harri Keynə məsləhət verdi

Argentina millisinin sabiq hücumçusu Dieqo Maradona İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutan “Tottenhem” – “Liverpul” matçını stadiondan izləyib.

Fanat.Az xəbər verir ki, meydan sahiblərinin 4:1 hesablı qələbəsiylə başa çatan oyundan sonra canlı əfsanə Hotspur təmsilçisinin dubla imza atan hücumçusu Harri Keyn və qapıçısı Uqo Lorislə söhbətləşib.

O, klubunun 250 milyon avro qiymət qoyduğu forvarda məsləhət verib: “Paçettinonun komandada iki dayağı var. Loris bütün topları tutur, Keyn isə ayağına düşəni vurur. Amma Harri, həmişə yaxın güncə vurmaq lazım deyil! Bilirsən niyə? Çünki qapıçılar sənin oyununu televiziya vasitəsi ilə izləyir. Baxırlar, özləri üçün nəticə çıxarırlar. Gələn dəfə uzaq küncü hədəfə almağa çalış”.

Bənzər yazılar

Back to top button