Cəmiyyət

Müəllimlərin pensiyaya çıxmaq yaş həddi ləğv olunur

Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər ediləcək.

“Qaynarinfo”nun məlumatına görə, məcəllənin 4-cü maddəsinə (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Həmçinin, 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktybrın 31-də keçirilən iclasında müzakirə ediləcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button