İdman

Ronaldo dava saldı, “Real” qarışdı

Kriştiano Ronaldo “Real”ın paltardəyişə otağında dava salıb. Fanat.Az xəbər verir ki, hadisə “Eybar”la oyundan sonra baş verib.

“Real” La Liqanın evdə keçirdiyi oyunda 3:0 hesablı qələbə qazanıb. Amma Ronaldo “İspan qruplaşması” adlandırılan Marko Asensio-Dani Kabellos-İsko “üçlüy”ündən narazı qalıb. Portuqaliyalı ulduzun fikrincə, ispan futbolçular qruplaşma yaradaraq ona pas atmırlar. Paltardəyişə otağını bir-birinə qatan Ronaldo etirazını baş məşqçi Zinəddin Zidana bildirib.

Ötən gecə növbəti dəfə dünyanın ən yaxşı futbolçusu seçilən portuqaliyalını fransız komanda yoldaşı Kərim Benzema sakitləşdirib.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında 5 qol vuran Ronaldo La Liqada meydana çıxdığı 5 oyunda 1 dəfə fərqlənə bilib. Marko Asensio-Dani Kabellos-İsko “üçlüy”ü isə ümumilikdə 7 qola imza atıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button