Dünya

Türkiyə parlamentinə sədr seçkiləri keçiriləcək

Artıq hakim Ədalət və İnkişaf Partiyasının namizədi bəllidir

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinə sədr seçkiləri keçiriləcək. Artıq hakim Ədalət və İnkişaf Partiyası parlament sədrliyinə namizədini elan edib.

Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiya rəhbəri Naci Bostançı deyib ki, AKP-nin Türkiyə parlamentinin sədrliyinə namizədi bəllidir: “Həm məsləhətləşmə, həm də danışıqlar nəticəsində Mustafa Şəntopun TBBM-nin sədrliyinə yenidən namizəd kimi irəli sürülməsi qərara alınıb”.

Xatırladaq ki, parlament sədrinin seçkisinə namizədlər 2 iyulda irəli sürüləcək.

Bənzər yazılar

Back to top button