Dünya

Ermənistan müdafiə naziri istefa verdi: yerinə bu şəxs gələcək

Ermənistan Müdafiə naziri David Tonoyan istefa verib.

AzToday.az xəbər verir ki, bu haqda məlumatı “Aravot” nəşri yayıb.

Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Ermənistan hakimiyyəti hazırda Ermənistan Baş naziri Nikol Paşinyanın müşaviri vəzifəsini tutan Müdafiə İdarəsinin rəisi Vaqarşak Harutyunyanı müdafiə naziri təyin etmək istəyir:

“Aldığımız məlumata görə, Tonoyanı Baş nazirin baş məsləhətçisi vəzifəsində çalışan, 1999-2000-ci illərdə müdafiə naziri olmuş Vaqarşak Arutyunyan əvəz edəcək”, – nəşr yazıb.

Müdafiə Nazirliyi hələ ki, bu haqda rəsmi açıqlama verməyib.

Xatırladaq ki, son bir neçə gündə Ermənistanın Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri – Zohrab Mnatsakanyan və Feliks Çolakyan istefa veriblər.

Bənzər yazılar

Back to top button