İdman

Fatinin atası və meneceri “Barselona” ilə razılaşmır – SƏBƏB

“Barselona” gənc oyunçusu Ansu Fati ilə uzunmüddətli müqavilə bağlamaq istəyir.

Fanat.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, hazırda zədə üzündən oynamayan Fati və klubu arasında fikir ayrılığı da var.

Belə ki, Kataloniya təmsilçisinin idarəçiləri 18 yaşlı futbolçu ilə 2019-cu ilin dekabrında imzalanan müqavilənin 2022-ci ildə avtomatik olaraq daha 2 illiyə uzadılacağını bildirir. Ancaq Ansunun atası və agenti Jorje Mendeş fərqli iddia ilə çıxış edir.

Fifanın reqlmentinə əsasən 18 yaşdan aşağı futbolçularla bağlanan sazişlərin müddəti 3 ildən çox ola bilməz. 2019-cu ilin dekabrında Fatinin 17 yaşı olduğunu əsas gətirən tərəfin haqlı olduğunu anlamaq çətin deyil. Hazırda “Barelona” və futbolçunun təmsilçiləri danışıqları davam etdirir.

Bənzər yazılar

Back to top button