GündəmManşet

Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi

Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

AzToday.az-ın xəbərinə görə, sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində Azərbaycan Respublikasının IV Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif edilib. O, İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb.

2016-cı ildə isə polkovnik-leytenant Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, yenə İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalına təltif edilib.

Bənzər yazılar

Back to top button