Dünya

Türkiyədə PKK-ya qarşı əməliyyat başladı: 74 həbs

Türkiyədə PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyatlar başlayıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, 101 nəfər barəsində terrorçuluq ittihamı ilə həbs qərarı çıxarılıb. Artıq Diyarbəkir vilayətindən başlanan əməliyyatlar zamanı 74 şübhəli saxlanılıb.

Saxlanılanların Demokratik Cəmiyyət Konqresinə bağlı olduğu deyilir. Bu qurumun da fəaliyyəti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) qanunvericilik qanadı hesab olunur.

Məlumata görə, şübhəlilərin ünvanlarında silahlar, təşkilata məxusu sənədlər və rəqəmsal materiallar tapılıb.

Bənzər yazılar

Back to top button