Sağlamlıq

Azərbaycan kollektiv immunitetə doğru gedir: Yoluxma azalacaq – Porfessor

“Mən belə qənaətə gəlirəm ki, virus artıq kollektiv immunitetə doğru gedir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla koronavirus infeksiyasına yoluxma faktından danışarkən deyib. O, bu gün açıqlanan statistikanın real rəqəm olmadığını vurğulayıb:

“Biz deyəndə ki, virusun ikinci dalğası ola bilər, inanmırdılar. Sosial şəbəkələrdə ağızlarına gələni yazırdılar. Əslində bu gün yaranan təhlükəni görürdük. Faktiki olaraq, bu gün açılan statistika hələ real rəqəm deyil. Heç kəs deyilən qaydalara, edilən müraciətlərə əməl eləmir. Xəstələr həkimə müraciət etmirlər, çoxusu evdə reseptlərlə özü müalicə alır. Bunları saysan, nəticə sayı göstərilən rəqəmdən bəlkə 10 dəfə artıqdır. Mən belə qənaətə gəlirəm ki, kollektiv immunitetə doğru gedir. Kollektiv immunitet yarananda yoluxmağa adam qalmır”.

Professor qeyd edib ki, bir müddətdən sonra yoluxma sayı aşağı enəcək.

Qeyd edək ki, Azərbaycanda bu gün koronavirus infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib.

Bənzər yazılar

Back to top button