Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı (SİYAHI)

by Aztoday Xəbər Portalı

“Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib.

AzToday.az oxu.az-a istinadən xəbər verir ki, 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:

“Zəfər” ordeni;

“Qarabağ” ordeni.

1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.

“Cəsur döyüşçü” medalı;

“Döyüşdə fərqlənməyə görə” medalı;

“Suqovuşanın azad olunmasına görə” medalı;

“Cəbrayılın azad olunmasına görə” medalı;

“Xocavəndin azad olunmasına görə” medalı;

“Füzulinin azad olunmasına görə” medalı;

“Zəngilanın azad olunmasına görə” medalı;

“Qubadlının azad olunmasına görə” medalı;

“Şuşanın azad olunmasına görə” medalı;

“Kəlbəcərin azad olunmasına görə” medalı;

“Ağdamın azad olunmasına görə” medalı;

“Laçının azad olunmasına görə” medalı;

“Vətən müharibəsi iştirakçısı” medalı;

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.

Bənzər Yazılar