İdman
“Bavariya”da yeni kapitan
“Bavariya”nın futbolçusu Aryen Robben qarşıdakı 3 oyunda komandanın əsas kapitanı olacaq.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Münhen klubunun baş məşqçisi Yupp Haynkes məlumat verib. O deyib ki, komandanın kapitanı Tomas Müller üç həftə yaşıl meydanlardan uzaq qalacağı üçün bu müddət ərzində onun vəzifəsini A.Robben yerinə yetirəcək.
Qeyd edək ki, T.Müller bundesliqanın 9-cu turunda “Hamburq”a qarşı görüşdə zədələnib