PSJ Neymar və Di Mariyaya yeni müqavilə təklif etdi

by Aztoday Xəbər Portalı

PSJ futbolçuları Neymar və Anxel Di Mariya ilə yeni müqavilə imzalamaq istəyir.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi artıq hər iki oyunçu ilə danışıqlara başlayıb. Klub rəhbərliyi Neymara müqavilənin müddətini 2024-cü ilin iyunu, Di Mariyaya isə 2023-cü ilin iyununa kimi uzatmağı təklif edib.

Qeyd edək ki, braziliyalı hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin yayı, argentinalı yarımmüdafiəçinin isə 2021-ci ilin yayı başa çatır.

Bənzər Yazılar