İdman

“Real Madrid” Mbappenin bu tarixdə debüt etməsini istəyir

“Real Madrid” hücumçu Killian Mbappenin İspaniya çempionatının ilk turunun avqustun 12-də “Atletik Bilbao”ya qarşı keçiriləcək matçda komandanın heyətində debüt etməsini istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə “El Debate” məlumat yayıb.

Mənbənin sözlərinə görə, PSJ-dən “Real Madrid”ə transfer olunmağa yaxın olan hücumçu İspaniya çempionatında ilk oyundan başlaya bilər. Madrid klubu futbolçunun yalnız dördüncü turda “Xetafe” ilə qarşılaşmada komandada debüt edə biləcəyindən ehtiyat edərək, Mbappenin transferini sürətləndirmək istəyir. “Real Madrid”in məqsədi fransalı futbolçunu ən qısa zamanda heyətinə qatmaqdır.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib.

Keçən mövsüm PSJ 38 turda 86 xalla Fransa Liqa 1-in qalibi olub. Mbappe 34 matçda iştirak edib, 29 qol vurub və 5 məhsuldar ötürmə imza atıb.

Bənzər yazılar

Back to top button