AMEA-da qadın direktor buna görə işdən çıxarılıbmış

by Aztoday Xəbər Portalı

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova vəzifəsindən azad olunub.

AzToday.az xəbər verir ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında elan olunub.

İclasın gündəliyinə çıxarılan məsələlərdən biri də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri haqqında olub. Mövzular ətrafında müvafiq arayışlar səsləndirilib. MEK-in idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev MEK-in yeni direktoru təyin edilib.

Qafqazinfo.az

Bənzər Yazılar