Siyasət

Zərdüşt Əlizadə Putinin Ermənistana xəbərdarlığını şərh etdi

“Erməni etirazçılar Ermənistanın məhvini, tam məğlubiyyətini istəyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı noyabrın 10-da üçtərəfli qaydada imzalanmış sülh sazişinin pozulması cəhdi ilə bağlı Ermənistana xəbərdarlığını şərh edib. Onun sözlərinə görə, bunu bilən Rusiya Prezidenti də onlara mesaj ünvanlayıb:

“Putin Ermənistana mesaj verir ki, əgər tam məğlub olmaq istəmirsinizə, yarım məğlubiyyəti qəbul edin. Azərbaycan tərəfi bu bəyanatdan razıdır. Etiraz edən erməni cəmiyyətidir. Ermənistanın müəyyən qrupu var ki, vəziyyətdən istifadə edib hakimiyyətə gəlmək istəyir. Bunlar yaranmış vəziyyətdən istifadə edərək millətçilik abı-havasından bağırırlar ki, bu bəyanat Ermənistana xəyanətdır. Amma başqa çarə yox idi. Məhz Rusiyanın müdaxiləsi imkan verib ki, münaqişə yenə qalsın. İndi bunu istəməyən erməni cəmiyyətində köhnə ünsülrlər var ki, bəyanatla razılaşmır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı noyabrın 10-da üçtərəfli qaydada imzalanmış sülh sazişinin pozulması cəhdi ilə bağlı Ermənistana xəbərdarlıq edib. Prezident “Bəyanatın icrasını ləngitməyə çalışan insanlar bunu başa düşməldirlər ki, sazişin pozulmasının yalnız bir alternativi var – müharibə”, – Putin bildirib.

Bənzər yazılar

Back to top button