PSJ Neymardan sonra “Barselona”ya daha bir zərbə vuracaq

Print Friendly, PDF & Email

PSJ “Barselona”ya daha bir zərbə vurmağa hazırlaşır. Fanat.az xəbər ki, Neymarı 222 milyon avroya heyətinə qatan Paris klubu Filipe Kountinyoya “elçi düşüb”.

“Barselona” uzun müddətdi “Liverpul”un braziliyalı ulduzunu heyətinə qatmağa çalışır. Kaatloniya klubu yayda bu transferi reallaşdırmağa yaxın idi. Lakin “Liverpul” son anda qiyməti 200 milyon avroya qaldırdığından keçid baş tutmamışdı. “Barselona” bir neçə gün əvvəl qışda Kountinyonu heyətinə qatmağa çalışacağını açıqlamışdı.

İndi isə PSJ onu transfer etmək fikrinə düşüb. Paris klubunun rəhbərliyi dünən FIFA-nın İngiltərədə təşkil etdiyi “The Best” tədbirində bu barədə fikirlərini “Liverpul” rəhbərliyinə çatdırıb. PSJ-nin bu transferdə “Barselona” üçün qorxulu rəqib olduğu deyilir.