İdman

Suares: “Mesinin durumu məni pərişan edir”

“Atletiko”nun hücumçusu Luis Suares sabiq komanda yoldaşını – “Barselona”nın superulduzu Lionel Messini dəstəkləyib.

Fanat.az xəbər verir ki, uruqvaylı forvardın söylədiklərini “Punto Penal” belə çatdırıb:

“Məncə, “Barselona”dn çox danışmışam və indi Kataloniya klubunu bir kənara qoyub “Atletiko” haqda düşünməyin zamanıdır. Amma dostum Messinin durumu məni təbii ki, pərişan edir. Leo barədə düşünməyim tam normaldır. Onun yayda iş yerini dəyişmək fikrinə düşməsinin ciddi səbəbləri var. Hərçənd bilirəm ki, Messi yaşananları unudub toparlanmağa qadir personadır”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button