Dünya

Paşinyan xalqının qanına susadı – “Qanlı çay” görmək istəyirəm

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan ilginc açıqlamalarla çıxış edib. O, Baş nazir Paşinyanı xalqa qarşı zorakılıq törətmək istəyində ittiham edib.

Bu barədə Aysor.am yazıb. Məlumatda bildirilir ki, İcevanda kütləvi etirazlar başlayanda Paşinyan ona zəng edib: “İcevanda qarışıqlıq olanda mən ora getdim. O zaman çoxları maraqlanırdı ki, MTX direktorunun orda nə işi var. Çünki orada ictimai asayiş təmin olunmalıydı, bu da MTX-nin vəzifəsi deyildi. Ancaq səbəb çox sadəydi. Mən həmin gün Qarabağda idim. Valeri Osipyan mənə zəng etdi və İcevandakı vəziyyəti çatdırdı. Sonra müvinim Eduard Martirosyan zəng vurdu, dedi ki, baş nazir “Alfa” qrupu ilə İcevana getmək və xalqa haqq-hesab çəkmək tapşırığı verib. Mən xəbərdarlıq etdim ki, bunu etmək olmaz, bu qrupun fəaliyyətinə anti-terror əməliyyatları daxil idi”.

Vanesyan bildirib ki, bundan sonra Paşinyan özü ona zəng edib: ““Xalqa haqq-hesab çəkin” dedi, hətta “qan çayı” görmək istədiyini bildirdi. Biz ona dedik ki, bu mümkün deyil, bunu etmək olmaz”.

Vanesyan bildirib ki, İcevanda məhz onun və müavininin fəaliyyəti nəticəsində Paşiyan istədiyi “qan çay”ını ala bilməyib. (Cebhe.info)

Bənzər yazılar

Back to top button