İşğal nəticəsində məhv edilən böyük iqtisadi potensialımız… (ŞƏRH)

by Aztoday Xəbər Portalı

“İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərini nəzər alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır”.

AzToday.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik:

“20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəsinə də imkan verməyib. İşğaldan əvvəl həyatın, gülüşün olduğu o şəhərlərimz düşmən ölkənin barbarlığı nəticəsində “ruhlar şəhərlərinə” çevrilib. Ötən il Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən, Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyin 652 min manatlıq məhsul istehsal edib. 4 rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. 7 rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0.7, Kəlbəcər-Laçın iqtisadi rayonu isə cəmi 0.1 faizdi. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümümi iqtisadiyyatda payı heç bir tam rəqəmlə də ifadə olunmayb”.

Deputat bildirib ki, Xaçmaz rayonu bütün işğal altında olan bütün rayonlarmız qədər məhsul istehsal edib:

“Bəzi rayonlarımız hətta daha çox istehsala imza atıb. Göründüyü kimi, 27 ildən çox müddətdə böyük iqtisadi potensial Ermənistan işğalı nəticəsində məhv edilib”.

Bənzər Yazılar