DİN-dən siqaret çəkilməsilə bağlı daha bir açıqlama – Kimlər cərimələnəcək?

by Aztoday Xəbər Portalı

Daxili İşlər Nazirliyi (DİN) açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətindən AzToday.az-a bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

“Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır”.

Ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur.

Xatırladaq ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslərin 100 manat məbləğində cərimələcəyini bildirib.

Bənzər Yazılar