Azərbaycanda məmur ata və narkoman oğul qarşıdurması – Mülk davası böyüyür

Print Friendly, PDF & Email

Melirasiya və Su Təsərürfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin ən yaxın kadrlarından biri olan ASC-nin nəzdindəki Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun ciddi problemlə, daha doğrusu ailədaxili qalmaqalla bağlı ilk məlumatı AzToday.az-da xəbər vermişdik. Məlumatlarda bildirilirdi ki, hazırda səhhətində problemlər olan 71 yaşlı Mirzalı Behbudov özünün zəngin sərvətini kiçik övladına vəsiyyət etməsi böyük oğlu Elçin Behbudovu özündən çıxardıb. Nəticədə isə ata oğul arasında məhkəmə çəkişməsi başlayıb.

AzToday.az xəbər verir ki, artıq Mirzalı Behbudovun ailəsində yaşanan mülk davasının təfərüatları məlum olub. Məlumata görə, “Meliorasiya və Su Təsərürfatı” ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldıraraq, atasına məxsus “Varovski”dəki altı villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən “Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan “Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir. Faktı Elşən Behbudovun hüquqların müdafiə edən vəkili Müşfiq Mehdiyev təsdiqləyib və bildirib ki, hazırda proses Ağdam rayon məhkəməsi tərəfindən aparılır.

AzToday.az-ın əldə etdiyi məlumatlara görə, Mirzalı Behbudov oğlu Elşən Behbudovu vərəsəlik hüququndan məhrum etməyə çalışır. Bunun üçün Mirzalı Behbudov oğlu Elşən Behbudovun narkotik vasitələrin aludəçisi olması barədə yaşadığı ərazidə qonşuları da daxil olmaqla Ağdam rayon sakinlərinə də imza toplatdırır. Bu məsələdə isə Mirzalı Behbudova adını çəkmək istəmədiyimiz jurnalist dostlarından bir köməklik göstərir. Hazırda həmin jurnalist üç min manat müqabilində Mirzalı Behbudovun oğlunun narkoman olması barədə Ağdam rayonuna imza toplamaq üçün səfərbər edilib.

Qeyd edək ki, Mirzalı Behbudov çox az sayda şəxsdən biridir ki, 24 ildən artıqdır ki, Melirasiya və Su Təsərürfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə bir yerdə işləyir. Uzun illərdir ki, Əhmədzadə ilə Behbudovun iş birliyi nəticəsində hər iki tərəf kifayət qədər sərvət əldə edib. Sərvətlərin sırasına Bakı və Ağdamdakı mülklər, iaşə, ticarət, emal, xidmət və istehsal sahələrini əhatə edən obyektlərinin dəyərinin yüz milyon manatdan artıq olması haqqında iddialar var.

Babək Əliyev

AzToday.az