İdman

“Qalatasaray” “Barselona”da 46 qol vuran ulduzu transfer edir

Radamel Falkaonun ardıcıl zədələr səbəbindən heyətdən kənarda qalması və Mbaye Diagnenin performansının istənilən səviyyədə olmamasına görə hücum xəttində problemlər yaşayan “Qalatasaray” qış fasiləsi yaxınlaşdıqca transfer çalşmalarını sürətləndirir.

Fanat.az xəbər verir ki, yanvarda heyətinə ən azı bir dünya səviyyəli forvard qatmağı planlaşdıran İstanbul klubu “İnter”dən Aleksis Sançesə eli düşüb.

Milan klubunda Lautaro Martines və Romelu Lukakunun kölgəsində qalan çilili forvardın da iş yerini dəyiqmək niyyətində olduğu deyilir.

İspaniya mediası iddia edir ki, Sançes “İnter”dən ayrılaraq Türkiyəyə üz tuta bilər. Məlumata görə, hazırda onu istəyən klublar arasında ən şanslısı “Qalatasaray”dı.

Qeyd edək ki, Sançes 2006-cı ildə Çilinin “Kobreloa” klubundan 3 milyon avroya “Udineze”yə transfer olunub. İtaliya klubu daha sonra onu Uruqvay təmsilçisi “Colo-Colo” və Argentinanın “River Pleyt” komandasına icarəyə verib. Forvard 2011-ci ildə 26 milyon avro qarşılğında “Barselona”ya transfer olunub. O, 3 mövsümdə Kataloniya klubunun heyətində keçirdiyi 141 oyunda 46 qol vurub və 47 məhsuldar ötürmə edib.

“Barselona” çilili ulduzu 2014-cü ilin yayında 42,5 milyon avroya “Arsenal”a satıb. 4 il sonra isə o, 34 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunub. “Qırmızı-şeytanlar” Sançesi ötən mövsüm “İnter”ə icarəyə verib. İtaliya klubu cari mövsümün əvvəlində transfer haqqı ödəmədən onun transfer hüququnu əldə edib.

Sançes “Barselona” ilə La Liqanın (2012/13), “Kral Kuboku”nun (2011/12), İspaniya Super Kubokunun (2011, 2013), UEFA Super Kubokunun (2011) və klublararası dünya çempionatının (2011) qalibi olub. “Arsenal”ın heyətində isə Federasiya Kubokunun (2014/15) və İngiltərə Super Kubokunun (2014) qalibi adını qazanıb.

31 yaşlı forvard 2006-cı ildən dəvət aldığı Çili millisində 136 oyun keçirərək 45 qol vurub.

Bənzər yazılar

Back to top button