Hadisə

Milli Məclisin fəaliyyəti dondurulacaq? – Deputat

“Parlamentin dondurulmasından söhbət gedə bilməz”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı sosial şəbəkədə parlamentin dondurulması və yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı gəzən söz-söhbətə münasibət bildirərkən deyib. Onun fikrincə, vəziyyətlə əlaqədar parlament işinə fasilə verə bilər:

“Parlament niyə dondurulmalıdır? Koronavirusla əlaqədar vəziyyət bir az da çətinləşərsə, Milli Məclis fəaliyyətinə ara verə bilər. Nəzərə alsaq ki, artıq parlamentdə virusa yoluxanlar var. Ona görə hər birimiz narahatıq və buna da əsas var. Bir neçə gündən sonra parlamert toplaşacaq. Xüsusi olaraq cənab Prezidentdən daxil olan vətən müharibəsi ilə əlaqədar orden və medalların verilməsi ilə bağlı layihə təqdim olunacaq. Son oxunuş qalıb, bu qəbul olunmalıdır. Artıq müharibə başa çatıb. Ayın 1-ə kimi daha 2 rayonumuz şəhid vermədən qaytarılır, işğal olunan torpaqlar tamamilə azad olunub. Ona görə də cənab Prezidentin artıq təltifləri var. O təltiflər əsasında orden və medalları qəbul etməliyik”.

Fəzail Ağamalı bildirib ki, 2021-ci ilin büdcə layihəsi ilə bağlı da məlumat verib:

“Bu, hökmən olmalıdır. Ona görə düşünürəm ki, yaxın vaxtlarda vəziyyətdən asılı olmayaraq büdcə layihələrinin müzakirəsinə başlamalıyıq. Bu baxımdan parlametin dondurulması real deyil və buna ehtiyac da yoxdur. Düşünürəm ki, lazım olan halda işləyəcəyik, lazım olmayanda isə fəaliyyətimizi başqa istiqamətdə davam etdirəcəyik”.

Bənzər yazılar

Back to top button