İqtisadiyyat

Ermənistan: Rezervlər tükəndi, dram çökür, böhran başlayır (VİDEO)

Artıq bahalaşma müşahidə edilir. Dollar hazırda 510 drama qalxıb. Belə templərlə milli valyuta tezliklə 20-25% ucuzlaşacaq və ilkin tələbat malları da bahalaşacaq. Bu məhsulların kəsiri də istisna edilmir.

Bunu “Lragir.am” saytına müsahibəsində erməni iqtisadçı Tadevos Avetisyan deyib.

“Aydındır ki, dövlət büdcəsi əsas xərclərin maliyyələşdirilməsi ilə bağlı problemlə toqquşur. Dövlət borcu artır. Uduzulan müharibəni və COVİD-19-la uğursuzluğa düçar olmuş mübarizəni də nəzərə almaq lazımdır.

İnsanlar artıq banklara müraciət edirlər ki, dramla olan yatırımlarını geri alıb dollar alsınlar. Bu, ciddi zərbə olacaq, ona görə ki, dramla bərabər dollar və avroya da əlavə tələbat yaranacaq. Bu, həmçinin inflyasiya yaradan vacib faktor olacaq.

Artıq iqtisadiyyata atmaq üçün resurs yoxdur. Ehtiyatda olan 500 milyon dollar çoxdan tükənib. Bu o deməkdir ki, tezliklə bizim valyuta böhranımız başlayacaq və o da maliyyə bazarında özünü göstərəcək. Hazırkı situasiya 2,5 illik iqtisadi siyasətin nəticəsidir. Hökumətin situasiyanı düzəltmək üçün rezervləri yoxdur”, – deyə o bildirib. (axar.az)

Bənzər yazılar

Back to top button