Dünya

Bülənt Arınç istefa verdi

Bülənt Arınç Türkiyə Prezidenti Administrasiyasının Ali Məşvərət Şurasının üzvlüyündən istefa verib.

Qaynarinfo NTV telekanalına istinadən xəbər verir ki, bu barədə B. Arınç özü bildirib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin “Twitter” hesabında bildirilib ki, B. Arınç özü Ali Məşvərət Şurasının üzvlüyündən ayrılmaq istəyib. Qeyd olunub ki, onun vəzifədən ayrılmaq istəyi Türkiyə Prezidenti tərəfindən qəbul edilib.

Qeyd edək ki, B. Arınç Osman Kavala və Səlahəddin Dəmirdaşın azadlığa buraxılmasını istəmiş, bundan sonra Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən sərt şəkildə tənqid olunmuşdu.

Bənzər yazılar

Back to top button