Reseptsiz satılan antibiotiklərlə bağlı problemi Səhiyyə Nazirliyi niyə həll edə bilmir, ya da həll etmək istəmir?

by Aztoday Xəbər Portalı

İnsanlar apteklərdə çoxlu sayda reseptsiz satılan dərmanları, o cümlədən antibiotiklər tapa bilmirlər…

Ekspert: “Səhiyyə Nazirliyi dərmanlarla bağlı bütün problemləri həll etməyə borcludur”.

Abdulla Şıxlinski: “İndiki vaxtda apteklərdə nəinki antibiotiklər, bir çox dərmanlar azdır. Hətta bəzi dərman preparatları ümumiyyətlə apteklərdən yoxa çıxıb. Çox dərmanların isə qiyməti qalxıb”.

Bu sözləri həkim-psixiatr Abdullah Şıxlinski səhiyyə sistemimiz və antibiotiklərlə bağlı uzun müddətdir var olan, hələ də həll edilməyən problemi pia.az-a şərh edərkən qeyd edib.

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, bu gün antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır, bu məsələ qanunvericilikdə tənzimlənir. Əfsuslar olsun ki, bu tənzimlənmə kağız üzərində qalır.

Onun sözlərinə görə, bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər: “Bu dərmanlar açıq satışda var, buna nəzarət yoxdur. Bu, bizim problemimiz idi. COVID dönəmində bu problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır. Bunu mütləq etməliyik. Yoxsa COVID-dən sonra ağır fəsadlarla üzləşəcəyik”.

Amma reallıqda bunun əksi müşahidə olunmaqdadır. İnsanlar apteklərdə çoxlu sayda reseptsiz satılan dərmanları, o cümlədən antibiotiklər tapa bilmirlər. Bəs bu cür ciddi problemi Səhiyyə Nazirliyi niyə həll edə bilmir, ya da həll etmək istəmir? Həmçinin antibiotiklərin insan orqanizminə hansı fəsadları var və bu fəsadlar həqiqətən də COVID-dən ağır ola bilərmi?

Mövzunu pia.az-ın əməkdaşı həkim-psixiatr Abdulla Şıxlinski ilə müzakirə edib.

Abdulla Şıxlinski: “Bunlar həm insanları analiz verməyə məcbur edirlər, həm də insanlardan analiz üçün böyük məbləğdə pul alırlar. Buna görə də elə COVID-19-un özü siyasi oyundur”.

Ölkədə koronavirusla mübarizə aparmaq üçün fondun yaradıldığını xatırladan həkim-psixiatr pia.az-a açıqlamasında bildirib ki, bu fonda toplanan pulların hara xərcləndiyi bilinmir, fondun xərcləri də açıqlanmır. Hazırda isə bütün Covid-19 xəstələri dərmanlarını özləri alırlar. Bu zaman sual yaranır ki, əgər xəstələr dərmanlarını özləri alırlarsa, bəs Fondun pulları hara gedir:

“İndiki vaxtda apteklərdə nəinki antibiotiklər, bir çox dərmanları qıtlığı var. Hətta bəzi dərman preparatları ümumiyyətlə apteklərdən yoxa çıxıb. Çoxlu sayda dərmanların isə qiyməti qalxıb. Buna görə də insanlar dərman ala bilmirlər və bundan əziyyət çəkirlər.

Səhiyyə Nazirliyi isə dərmanlarla bağlı bütün problemləri həll etməyə borcludur. Bəlkə də Nazirlik bu problemləri həll etmək istəyir, amma qüvvəsi yoxdur. Azərbaycanın ən böyük problemi odur ki, faktiki olaraq Sovet hakimiyyəti dağılandan sonra ölkədə pulsuz səhiyyə yoxdur. Yəni rəsmi olaraq ölkədə səhiyyənin pulsuz olduğu deyilir. Amma fakt odur ki, ölkədə pulsuz səhiyyə yoxdur. Hətta dövlət səhiyyə orqanlarının özündə də hər şey pulludur. Dövlət xəstəxanalarında dərmanlar yoxdur, tibb heyəti də insanlardan əlavə pul alır, amma normal xidmət göstərmirlər.

Dövlət xəstəxanalarında belə COVID-19 üçün götürülən analiz pulludur. Bunlar həm insanları analiz verməyə məcbur edirlər, həm də insanlardan analiz üçün böyük məbləğdə pul alırlar. Buna görə də elə Covid-19-un özü siyasi oyundur.

Abdulla Şıxlinski: “Fondun xərcləri haqda heç bir məlumat verilmir və bu da təbii ki, Səhiyyə Nazirliyinin də, TƏBİB-də və Operativ Qərargahın da qarşısında çox saylı suallar yaradır”.

Mən bir vacib məqama nəzər yetirmək istəyirəm. Hələ ölkədə pandemiya elan olunanda dövlət bildirdi ki, bütün koronavirus xəstələrinin müalicəsini üzərinə götürür və bununla bağlı Səhiyyə Nazirliyinə də, TƏBİB-ə də tapşırıq verildi. Hətta ölkədə koronavirusla mübarizə aparmaq üçün fond yaradıldı. Amma indi Covid-19-a yoluxan bütün xəstələr dərmanlarını özü alır. Bu zaman sual yaranır ki, əgər xəstələr dərmanlarını özləri alırlarsa, bəs yaradılan Fondun pulları hara gedir? Bu Fondun xərcləri haqda heç bir məlumat verilmir və bu da təbii ki, Səhiyyə Nazirliyinin də, TƏBİB-də və Operativ Qərargahın da qarşısında çox saylı suallar yaradır.

Onu da qeyd edim ki, antibiotiklər istənilən başqa dərman preparatları kimi ancaq həkimlərin təyinatı və nəzarəti altında qəbul edilə bilər. Antibiotik ev şəraitində də qəbul edilə bilər, amma bu da həkim nəzarəti altında olmalıdır. Əks təqdirdə antibiotiklərin müxtəlif fəsadları ola bilər. Bəzən həkim nəzarəti olmadan qəbul edilən antibiotikin elə fəsadı olur ki, bu fəsad hər hansı bir xəstəlikdən daha ağır olur. Hətta antibiotiklərin nəzarətsiz qəbulunda ölüm halları da baş verir.

Antibiotiklər apteklərdə reseptsiz satıla bilər. Amma insanların özünün dərrakəsi olmalıdır ki, antibiotik dərman preparatıdır və əgər söhbət dərmandan gedirsə, onu həkim təyin etməlidir. Antibiotiklərin reseptsiz satılması sərbəstlik demək deyil. Bunu insanlar başa düşməlidir”.

Bənzər Yazılar