Hayster: “Ronaldudan topu aldığım üçün formasını mənlə dəyişmədi”

by Aztoday Xəbər Portalı

“Frentsvaroş”un müdafiəçisi Marsel Hayster “Yuventus”un superulduzu Kriştianu Ronaldunun onunla forma dəyişməkdən imtina etdiyini bildirib.

Fanat.az “goal.com”a istinadən xəbər verir ki, arxa xətt oyunçusu Çempionlar Liqasının 3-cü turunun oyunundan sonra yaşanan anları belə yada salıb:

“Məncə Ronaldu acıqlı idi. Futbolka dəyişmək istədim, ancaq əlini yelləyib imtina etdi. Qapımıza qol vura bilmədiyi üçün belə davrandığını düşünürəm. Ya da hücuma keçəndə topu aldığıma görə məyus olmuşdu. Bu hadisə mənə böyük həyat təcrübəsi qazandırdı”.

Qeyd edək ki, ilk görüşdə “Yuventus”a 1:4 hesabıyla yenilən Macarıstan təmsilçisi bu gün Turində imtahan verəcək.

Bənzər Yazılar