Dünya

Bayden hakimiyyətlə vidalaşan Trampdan qisas alacaqmı?

Demokrat namizəd Co Bayden ölkənin hazırkı prezidenti Donald Trampın səlahiyyət müddəti bitdikdə ona qarşı istintaq başlanmasını dəstəkləməyə hazır olub-olmadığı sualına birmənalı cavab verməyib.

Qaynarinfo xəbər verir ki, bu sualla Baydenə NBC telekanalında müraciət edilib. Ondan bir neçə partiyadaşının 2021-ci ilin yanvarında Ağ Evin rəhbərliyindən istefa verərkən Respublikaçı Trampa qarşı istintaq başlatması çağırışlarına münasibəti soruşulub. Jurnalist bu cür prosedurun başlanması üçün hansı ittihamların əsas ola biləcəyini dəqiqləşdirməyib.

Bayden əmin edib ki, hansısa hadisənin baş verdiyini israrla “sübut” etmək üçün “hazırkı prezidentin etdiyi kimi” ABŞ Ədliyyə Nazirliyinin köməyinə müraciət etməyəcək. O, dövlət səviyyəsində bir neçə məhkəmə prosesi haqqında oxuduğunu, ancaq bununla bağlı heç bir şey edə bilməyəcəyini əlavə edib. Bayden əsas vəzifəsinin amerikalılara “uğur qazanacaqlarına inam və anlayışla” ilhamlandırmaq olduğunu vurğulayıb.

Bənzər yazılar

Back to top button