Ronaldo Messinin rekordunu təkrarladı

by Aztoday Xəbər Portalı

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Barselona”nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Ferensvaroş”la matçda (2:1) nail olub. Sözügedən görüşdə bir dəfə fərqlənən portuqaliyalı hücumçu ÇL-in ev oyunlarında vurduğu qolların sayını 70-ə yüksəldib. Beləliklə, o, bu göstəricidə Messiyə çatıb.

Qeyd edək ki, Ronaldo ÇL-də ümumilikdə 131, Messi isə 118 qol vurub.

Bənzər Yazılar