Dünya
Bayden: ABŞ lazımsız münaqişələrə müdaxilə etməyəcək
Hakimiyyətim dövründə ölkəmiz “lazımsız münaqişələrə” qarışmayacaq.
Qaynarinfo xəbər verir ki, bu sözləri ilkin məlumatlara görə, ABŞ Prezidenti seçilən Co Bayden gələcək komandasını təqdim edərkən deyib.
“Gələcək kabinetimin üzvləri keçmişdə ABŞ-ın ortaqlarıyla işləmə təcrübəsi sayəsində milli təhlükəsizlik və diplomatiya sahəsində böyük irəliləyişlər əldə ediblər, … Biz Amerikanın təhlükəsizliyini gərəksiz hərbi münaqişələrə girmədən, bu şəkildə qoruyuruq”, – Bayden bildirib.