İqtisadiyyat

DSX bir ədəd led lampanı 35 manata alır – 41 min ödəyəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “BABAYEV GROUP COMPANY” MMC (VÖEN – 1403062011) olub.

Yeniavaz.com xəbər verir ki, qalib şirkət DSX Akademiyasının sifarişi əsasında bu təhsil müəssisəsinə 1 155 ədəd asma tavan üçün elektrik lampası (led) satacaq və qarşılığımda 40 min 948 manat 95 qəpik alacaq. Açıqlanan məlumatlardan da göründüyü kimi bir ədəd led lampanın qiyməti 35 manat 45 qəpik olacaq.

Tender müsabiqəsinin qalibi olan “BABAYEV GROUP COMPANY” MMC 06.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz ev 20-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Raman Babayev Şaiq oğludur.

Bənzər yazılar

Back to top button