Cəmiyyət

Alimlər bədəni bütün viruslardan qorumağın yollarını tapıblar

Alimlər virus əleyhinə dərmanlar üçün yeni bir potensial qoruyucu aşkar ediblər.

AzToday.az Rusiya mediasına istinadən xəbər verir ki, “Cell Report” jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən, bu kəşf bir çox yoluxucu xəstəlik üçün dərhal universal bir müalicənin yaradılmasına səbəb ola bilər.

Belə ki, Massaçusets ümumi profilli xəstəxanasının (ABŞ) alimləri, Heydelberqdəki Almaniya Xərçəng Araşdırma Mərkəzinin həmkarları ilə birlikdə, əksər virusların zəif yer olan “AGO4” zülalını kəşf ediblər.

Xatırladaq ki, indiyə qədər “AGO4” zülalının rolu tam başa düşülməyib. İndi tədqiqatçılar bu zülalın somatik süd vəzi hüceyrələrində özünəməxsus virus əleyhinə təsir göstərdiyini aşkar ediblər.
Tədqiqat nəticələrini elan edən alimlərin fikrincə, Çində koronavirusun yayılması göstərir ki, viruslar bəşəriyyət üçün daim təhlükəlidir. Eyni zamanda, bəzi viruslara qarşı mütəmadi olaraq peyvəndlər hazırlanmasına və tətbiq olunmasına baxmayaraq, bu proses çox vaxt tələb edir, hər kəsə kömək etmir və yeni viruslardan qorumur.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button