İdman

Prezidentliyə namizəd “Nou Kamp”a Messinin adını vermək istəyir

“Barselona” klubunun prezidentliyinə namizəd Emili Russo maraqlı təkliflə çıxış edib.

Fanat.Az “Goal”a istinadən xəbər verir ki, Russo seçiləcəyi halda, “Nou Kamp” stadionunun adını dəyişdirməyi planlaşdırdığını söyləyib.

O deyib ki, prezident olsa arenanı “Nou Kamp Leo Messi” adlandırmaq üçün referendum keçirəcəklər.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın yetirməsidir və 2004-cü ildən əsas komandada çıxış edir. Hücumçu yayda Kataloniya klubunu tərk etmək istədiyini bildirib. Lakin rəhbərlik onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Bənzər yazılar

Back to top button