İdman

“Real”da 4 itki – Ramos, Kross…

İspaniya La Liqasının 32-ci turunda “Leqanes”lə qarşılaşacaq “Real” oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komandanın 4 aparacı futbolçusu zədə səbəbindən bu görüşü buraxacaq.

Bunlar qapıçı Tibo Kurtua, müdafiəçi Serxio Ramos, yarımmüdafiəçi Toni Kross və hücumçu Junior Vinisusdur. Futbolçuların adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək “Leqanes” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button